De Yonq Xavinin təyinatına təəccüblənib

“Barselona”nın və Niderland millisinin yarımmüdafiəçisi Frenki de Yonq, Xavi Hernandesin yığma komandanın “sükanı arxasına” keçməsi ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin bu qərarını müsbət qarşıladığını bildirib:

“Xavi rəsmi elandan əvvəl mənə zəng etdi. Onun bu imkanı nəzərdən keçirdiyini eşitmək çox xoş idi. Bir az təəccübləndim, çünki uzun müddətdir ki, milli komandamızda əcnəbi məşqçi olmamışdı. Amma buna sevindim.

Xavi ilə “Barselona”da çox yaxşı işləmişdik. Onun futbola baxışını bilirəm və yanaşması milli komandamız üçün çox uyğundur. O, pressinqə və hücuma üstünlük verir, əsas prinsipləri dəyişməz olaraq qalır. İndi komandanın yenidən qurulması prosesi başlayır və bu, müəyyən vaxt aparacaq”.

Xavinin rəhbərliyi altında Niderland millisi ilk oyunlarında Serbiya yığmasına iki dəfə 2:1 hesabı ilə qalib gəlib. Komanda Almaniya (1:1) və Yunanıstan millisi (2:2) ilə isə heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right