“Atletiko” “Yuventus”dan icarəyə götürdüyü hücumçu Conatan Devidin tam transferini nəzərdən keçirir.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi 26 yaşlı kanadalı futbolçunun keçidini birdəfəlik rəsmiləşdirmək barədə düşünməyə başlayıb. Mümkün razılaşmanın məbləğinin 25 milyon avro olacağı və ödənişin dörd il ərzində həyata keçiriləcəyi bildirilir.
Hazırda Devidin maaşının təxminən 60 faizini “Atletiko”, qalan hissəsini isə “Yuventus” ödəyir. Madrid təmsilçisinin yaxın zamanda yekun qərarını verəcəyi gözlənilir.