Türkiyə Trendyol Super Liqasında X turun oyunları başlayıb.
Newsport.az xəbər verir ki, turun açılış günündə Kadıköydə böyük sensasiya qeydə alınıb.
“Fənərbağça” doğma meydanda İzmir təmsilçisi “Göztepe”ni qəbul edib. Birinci hissənin uzatma dəqiqələrində Matteo Genduzinin qolu ilə önə keçən İstanbul klubu üstünlüyünü qoruya bilməyib. Qonaqlar ikinci yarıda cəmi 2 dəqiqə ərzində Sinkler Armstronq və Andre Henrike ilə dalbadal iki qol vuraraq 2:1 hesablı zəfərə imza atıblar.
Milli komandamızın hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Ərzurumspor” isə öz meydanında “Çorum”a 1:3 hesabı ilə məğlub olub. Qonaqlara qələbə qazandıran qolları Çağlar Söyüncü və dubl edən Xesus Ramires vurublar. Meydan sahiblərinin yeganə qoluna İbrahima Diabate imza atıb.
Günün digər qarşılaşmasında “Kocaelispor” öz evində “Rizəspor”la qolsuz bərabərliyə razılaşıb.
Qeydə alınan nəticələr:
Türkiyə Trendyol Super Liqası
X tur
Ərzurumspor – Çorum 1:3
Qollar: İbrahima Diabate, 74 – Çağlar Söyüncü, 20, Xesus Ramires, 71, 79 (pen.)
Kocaelispor – Rizəspor 0:0
Fənərbağça – Göztepe 1:2
Qollar: Matteo Genduzi, 45+1 – Sinkler Armstronq, 76, Andre Henrike, 78