Ötən gecə İtaliya A seriyasının 10-cu turunun mərkəzi qarşılaşması keçirilib.
Newsport.az xəbər verir ki, “Milan” və “İnter” komandaları üz-üzə gəlib.
Əzəli rəqiblərin "San Siro”dakı matçı "Milan"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Buna qədər komandalar arasında son 5 rəsmi qarşılaşmada “Milan” 3 dəfə qalib gəlib, 2 oyun isə heç-heçə ilə başa çatıb. “İnter” bu matçlarda rəqibinə qalib gələ bilməyib.
10 turdan sonra "İnter" 25 xalla turnir cədvəlində 2-ci, 21 xal toplayan "Milan" isə 4-cü pillədə qərarlaşıb.