“Tottenhem” “Yuventus”un müdafiəçisini istəyir

“Yuventus”un müdafiəçisi Andrea Kambiaso karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

“Tottenhem” 26 yaşlı futbolçunun transferində ciddi şəkildə maraqlıdır və onun keçidini reallaşdırmaq niyyətindədir. Ancaq Turin təmsilçisinin futbolçu üçün 30-40 milyon avro tələb etməsi danışıqları çətinləşdirir.

İtaliyalı müdafiəçi bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 8 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right