“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes gələcək karyerası ilə bağlı qərarını verib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu yaxın gələcəkdə Kataloniya klubunu tərk etmək niyyətində deyil. O, komandada özünü çox xoşbəxt hiss edir və əsas oyunçulardan biri hesab olunur.
Lopes 2023-cü ilin yayından “Barselona”da çıxış edir. Tərəflər arasındakı müqavilənin müddəti 2031-ci il iyunun sonunda başa çatacaq. “Transfermarkt” portalı 22 yaşlı yarımmüdafiəçinin bazar dəyərini 110 milyon avro qiymətləndirir. Onun komandası UEFA Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.