Matteus Vinisiusu tənqid etdi: “Real”a zərər vurur”

Almaniya millisinin və “Bayern”in sabiq futbolçusu Lotar Matteus, “Real”ın vingeri Vinisius Junior haqqında sərt fikirlər səsləndirib.

Newsport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun davranışlarını tənqid edərək, Harri Keynlə müqayisə edib:

“Onun “qızıl top” səsverməsində ilk onluğa düşməməsinə şadam. Harri Keyn qalib gəldi, çünki o, hər kəsə hörmətlə yanaşır, əsl centlmendir. Vinisius isə bunun tam əksidir. Yaxşı haldır ki, “Bayern”də, eləcə də “Barselona”da belə biri yoxdur. Lakin “Real”da belə bir problem var və onun da adı Vinisius Juniordur. O, kluba zərər vurur”.

Vinisiusun “Real”la müqaviləsinin müddəti 2032-ci ilin yayına qədər qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right