Avropa “nəhəngləri” “Qalatasaray”ın futbolçusunu izləyir

“Qalatasaray”ın futbolçusu Aleksey Batrakov Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Newsport.az xəbər verir ki, İngiltərədən “Liverpul”, “Arsenal”, İspaniyadan “Barselona”, Fransadan PSJ yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “TEAMtalk” portalı məlumat yayıb.

Klubların mövsümün sonuna kimi rusiyalı futbolçunu yaxından izləyəcəyi bildirilir.

21 yaşlı yarımmüdafiəçi ötən yay “Lokomotiv”dən “Qalatasaray”a keçib. O, bu mövsüm Super Liqada 7 oyunda 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right