UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın növbəti rəqibi olan “Vikinq” Norveç çempionatında növbəti oyununa çıxıb.
Newsport.az xəbər verir ki, komanda 25-ci tur çərçivəsində səfərdə “Bodo Qlimt”in qonağı olub. 5 qolun vurulduğu turun mərkəzi görüşü “Sabah”ın rəqibinin məğlubiyyəti ilə başa çatıb.
“Bodo Qlimt” - “Vikinq” - 3:2
Qollar: Falçener, 4-avtoqol (1:0), Helmersen, 15 (2:0), Haugen, 32 (2:1), Botheim, 39 (2:2), Hauje, 43 (3:2)
Qeyd edək ki, "Bodo Qlimt" qələbə sayəsində lider "Vikinq”lə xalını bərabərləşdirib - 59 xal. Çempionatın bitməsinə 5 tur qalmlş, "Vikinq" qolların nisbətinə görə birinci, "Bodo Qlimt" isə ikinci yeri tutur.
Xatırladaq ki, Liqa mərhələsinin IV turuna təsadüf edəcək “Vikinq” - “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da start götürəcək. 3 turdan sonra “Sabah” 3 xalla 36 komanda arasında 25-ci, “Vikinq” isə 1 xalla 33-cü pillədə qərarlaşıb.