"Sabah"ın rəqibi evdə uduzdu

Çempionlar Liqasının əsas mərhələsində "Sabah"ın rəqibi “Vilyarreal” İspaniya La Liqasında 11-ci turun oyununa çıxıb.

Newsport.az xəbər verir ki, “Vilyarreal” 11-ci turda evdə "Espanyol"la qarşılaşıb və rəqibinə 0:1 uduzub.

“Bayquşlar”ın rəqibi hazırda 12 xalla turnir cədvəlində 10-cu yerdədir.

Qeyd edək ki, “Vilyarreal” – “Sabah” matçı dekabrın 8-də keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:45-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right