Azərbaycan çempionu Çempionlar Liqasında 1/8 finala yüksələ bilər Yenilənir

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Araz-Naxçıvan" bu gün yer aldığı 5-ci qrupda son oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, son ölkə çempionu meydan sahibi "Piast"la (Polşa) qarşılaşacaq. Qlivise şəhərindəki "Prezero Arena"da baş tutacaq matç Bakı vaxtilə saat 22:00-da start götürəcək.

Komandamız qrupda "Uypeşt"ə (Macarıstan) qalib gəlib (5:4), "Buba Mara"ya (Bosniya və Herseqovina) uduzub (3:5). Qeyd edək ki, yalnız qrup birincisi olacaq komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right