Arsen Venger Bakıda keçirilən dünya çempionatı haqda danışdı “Hər bir istedada şans vermək istəyirik”

FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalının formatı barədə fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, fransalı mütəxəssis AS nəşrinə açıqlamasında yarışın formatının uğurlu olduğunu bildirib.

“Deyərdim ki, hər şey qüsursuz işləyir. Oyunçuların sayının az olmasını istəyirdik. Çünki 11-ə 11 formatında keçirilən futbolda ölkələr arasındakı fərq həddindən artıq böyük olardı. Həmçinin bütün komandaların bir-biri ilə qarşılaşa bilməsi üçün kifayət qədər vaxtın olmasını istəyirdik.

Hər bir istedada şans vermək deyəndə, əslində imkanlar yaratmağı nəzərdə tuturuq. Oyunçular bura gəlib oynaya və yüksək səviyyədə futbol oynamaq üçün lazımi keyfiyyətlərə malik olduqlarını kəşf edə bilərlər.

Hansı idman növünə həvəsin varsa, onun hansı səviyyədə olduğunu bilmək istəyirsən. Məhz buna görə də bütün komandalar bir-biri ilə oynamalıdır ki, kiçik ölkələrin təmsilçiləri də böyük ölkələrin komandaları ilə üz-üzə gəlsinlər.

Şübhəsiz ki, onlar buradan xəyallarla və xoş xatirələrlə ayrılacaqlar. Eyni zamanda öz səviyyələrini müəyyənləşdirərək inkişaf etmək üçün nələrə diqqət yetirməli olduqlarını da anlayacaqlar”, – deyə Venger vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right