Kroos PSJ-nin Çempionlar Liqasını qazanmasını istəmir

“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos PSJ-nin bu mövsüm UEFA Çempionlar Liqasının qalibi olmaq şanslarını dəyərləndirib.

Newsport.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Paris klubunun ardıcıl üçüncü dəfə bu turnirin qalibi olmasını istəmədiyini bildirib:

“PSJ-nin ardıcıl üçüncü dəfə Çempionlar Liqasını qazanmasını istəmirəm. Bunun müəyyən səbəbləri var”.

Çempionlar Liqasını ardıcıl üç dəfə qazanan sonuncu komanda “Real”dır. “Kral klubu” 2016-2018-ci illərdə bu uğura imza atıb. PSJ isə turnirin son iki mövsümündə qalib olub. Luis Enrikenin rəhbərlik etdiyi komanda bu mövsüm də uğurlu çıxışı ilə diqqət çəkir. PSJ liqa mərhələsində keçirdiyi hər üç oyunda qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right