“Mançester Yunayted” Maquayr və Şou ilə çoxdan yollarını ayırmalı idi”

“Liverpul”un sabiq kapitanı Stiven Cerrard “Mançester Yunayted”in müdafiəçiləri Harri Maquayr və Luk Şou haqqında fikirlərini bölüşüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki futbolçunun hazırda İngiltərə klubunun səviyyəsinə uyğun olmadığını bildirib:

“Harri Maquayr həqiqətən parlaq karyera keçirib. Luk Şou ilə milli komandada birgə oynamışam. O, ən yaxşı dövründə möhtəşəm futbolçu idi. Lakin hazırda onların heç biri “Mançester Yunayted”in tələb etdiyi səviyyədə deyil və klub çoxdan onlarla yollarını ayırmalı idi”.

“Mançester Yunayted” sonuncu dəfə 2013-cü ildə İngiltərə Premyer Liqasının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right