Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.
Newsport.az xəbər verir ki, yarışın növbəti günündə bir qadın, iki sərbəst güləşçi xalça üzərinə çıxacaq.
Ruzanna Məmmədov (59 kq) ilk görüşündə yaponiyalı Natsuki Yamaquçi ilə üz-üzə gələcək.
Sərbəst güləşçilərdən Rəşid Babazadə (65 kq) Tairbek Jumaşbeklə (Qırğızıstan), Maqomedxan Maqomedov (97 kq) isə Aleksandr Quştinlə (Belarus) qarşılaşacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.