Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzində olublar.
Newsport.az xəbər verir ki, ziyarət zamanı qonaqlara Mərkəzin yaranma tarixi, fəaliyyəti və heyvanlara göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Mərkəzin təməli 2014-cü ilin oktyabrında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən qoyulub. Kompleksin tikintisi 2016-cı ilin sonunda başa çatıb və rəsmi açılışı Leyla Əliyevanın iştirakı ilə keçirilib. Mərkəz 2017-ci il martın 1-dən fəaliyyətə başlayıb.
Daha sonra qonaqlar müasir avadanlıqlarla təchiz olunmuş klinika, it və pişiklər üçün müvəqqəti sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, eləcə də oyun meydançası ilə tanış olublar.
Sonda AMADA nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.