Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq

Dakar-2026 Yeniyetmələrin 4-cü Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək Azərbaycanın komandasının bayraqdarları müəyyənləşib.

Bu barədə Newsport.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

Oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaq.

Qeyd edək ki, Süleyman İsmayılzadə 3-cü MDB Oyunlarının qalibi, 6-cı İslam Həmrəyliyi Oyunlarının isə bürünc mükafatçısıdır. Məryəm Cavadova isə 6-cı İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right