“Tottenhem” “Vilyarreal”ın cinah müdafiəçisi Aleks Frimanın transferi ilə maraqlanır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 22 yaşlı futbolçunu komandadan ayrılmaq ehtimalı olan Pedro Porronun əvəzləyicisi kimi nəzərdən keçirir.
Həmçinin, “Real”, “Barselona”, “Mançester Yunayted”, “Çelsi” və “Mançester Siti”nin də müdafiəçi ilə maraqlandığı bildirilir.
Friman bu mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb və 1 qol vurub. Onun “Vilyarreal”la müqaviləsinin müddəti 2032-ci ilin yayına qədər qüvvədədir.