Bu gün Azərbaycan yığma komandası Bakıda təşkil U-15 yığmalarının dünya çempionatı və Festivalında növbəti görüşünə çıxacaq.
Newsport.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv Mozambik yığması ilə üz-üzə gələcək.
Hövsan Yarış Kompleksində baş tutacaq görüş saat 11:30-da start veriləcək.
Cütün qalibi Kuba – Vyetnam matçının sevinən tərəfi ilə qarşılaşacaq.
Məğlub tərəfin rəqibi eyni dueldə uduzan komanda olacaq.
Xatırladaq ki, yığmamız AF qrupunun üçüncüsü kimi C Divizionuna yüksəlib.