“Liverpul” “Qalatasaray”ın oyunçusuna göz dikib. İngiltərə nəhəngi Rusya yığmasının üzvü Aleksey Batrakovu transfer etmək istəyir.
Newsport.az Britaniya mətbuatına istinadla xəbər verir ki, yarımmüdafiəçinin Türkiyədə göstərdiyi oyun mersisaydlıların diqqətini çəkib. Bu səbəbdən onun üçün transfer təklifi hazırlanır.
21 yaşlı oyunçu cari mövsümün əvvəlində Moskva “Lokomotiv”indən 25 milyon avroya transfer edilib. İstanbul klubu ilə 5 illik müqavilə bağlayan yarımmüdafiəçi İngiltərədə oynamağın əsas hədəfi olduğunu daha öncə bildirmişdi. “Qalatasaray” rəsmi təklifdən sonra qərarını verəcək.