UEFA Gənclər Liqasının ənənəvi üçüncü hissə tədbiri çərçivəsində “Qarabağ” və Zaqreb “Dinamo”su bir araya gəlib.
Newsport.az xəbər verir ki, komandalar oyundan sonra təşkil olunan şam yeməyində iştirak ediblər.
Tədbir zamanı “Qarabağ”ın kapitanı Əli Qazıbəyov rəqib komandanın kapitanına qarşılaşma üçün xüsusi hazırlanmış xatirə hədiyyəsi təqdim edib.