“LANDAU Lions” Türkiyə təmsilçisinə qalib gəldi

Azərbaycanın “LANDAU Lions” basketbol komandası FIBA Avropa Kubokunda Türkiyənin “Denizli Basket” kollektivinə qalib gəlib.

Newsport.az xəbər verir ki, təmsilimiz G qrupunun 4-cü turunun oyununda 94:86 hesablı qələbəyə sevinib.

Qarşılaşma Bakı İdman Sarayında keçirilib.

Xatırladaq ki, “LANDAU Lions” əvvəlki üç görüşün hamısında məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın “Bakken Birs” (88:91), İsveçrənin “Lions de Geneve” (83:105), Slovakiyanın “Prievidza” klubuna (84:108) uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right