“Araz-Naxçıvan” ikinci oyunda Bosniya və Herseqovina klubuna uduzdu

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını keçirib.

Newsport.az xəbər verir ki, turnirin əsas mərhələsinin 2-ci turunda Bosniya və Herseqovinanın “Buba Mara” komandası ilə üz-üzə gələn Naxçıvan təmsilçisi rəqibinə 3:5 hesabı ilə uduzub.

Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da baş tutan qarşılaşmada Azərbaycan çempionunun qollarını Murad Quluzadə, Oktay Rüstəmli və Kənan Manafov vurublar.

“Araz-Naxçıvan” yer aldığı 5-ci qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi “Uypeşt”i 5:4 hesabı ilə məğlub edib. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi “Piast”a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right