Bu gün Azərbaycan kubokunda son iki 1/8 finalçı müəyyənləşəcək.
Newsport.az xəbər verir ki, 3-cü oyun günündə "Xankəndi" "Gəncəbasar"ı, "Zəngəzur" isə "Karvan-Yevlax"ı qəbul edəcək. Hər iki oyun saat 14:00-da başlayacaq.
Qeyd edək ki, bunadək "İmişli", "Şahdağ Qusar", "Şamaxı", "Şəfa", "Kəpəz", "Zirə", "Sumqayıt", "Qəbələ", "Araz-Naxçıvan" və "Marafon" 1/8 finala vəsiqə qazanıb.
29 oktyabr (cümə axşamı)
14:00. “Xankəndi” – “Gəncəbasar”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov
Şamaxı OİK stadionu
14:00. “Zəngəzur” – “Karvan Yevlax”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli
Binə qəsəbə stadionu