“Komo”nun müdafiəçisi Yakobo Ramon karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Newsport.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.
“Qırmızı şeytanlar” qış transfer dönəmində müdafiə xəttini gücləndirməyi planlaşdırır və 21 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlanır.
“Komo”nun Ramonu təxminən 50-60 milyon avro dəyərində qiymətləndirdiyi bildirilir.
İspaniyalı futbolçu bu mövsüm bütün turnirlərdə 12 matçda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.