Spalettinin taleyi 3 oyundan asılıdır

"Yuventus"un baş məşqçisi Luçano Spalletti komandanın zəif nəticələri səbəbindən vəzifəsini itirmək təhlükəsi ilə üz-üzədir.

Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkələrdə məlumat yayıb.

Mütəxəssisin komandadakı gələcəyi hazırda ciddi şübhə altındadır. "Qoca Sinyora"nın rəhbərliyi onu dərhal istefaya göndərməyə tələsmir. Lakin "Napoli", "AZ Alkmar" və "Fiorentina" ilə oyunlar italiyalı məşqçi gələcəyi üçün həlledici olacaq.

Turin təmsilçisi A Seriyasında keçirdiyi son matçda səfərdə "Cenoa"ya 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Yuventus" İtaliya çempionatında 9 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right