Könül Əliyeva Azərbaycan cüdosunda tarix yazdı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan millisinin üzvü Könül Əliyeva tarixi uğura imza atıb.

Newsport.az xəbər verir ki, -48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb. Bununla da o, Böyük Dəbilqə turnirində çempionluq əldə edən ilk azərbaycanlı qadın cüdoçu olub.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Könül Əliyeva əvvəlcə Özbəkistan təmsilçisi Ulbusin Xakimovanı, 1/4 finalda Niderland cüdoçusu Amber Gersyesi, yarımfinalda isə fransalı Melani Lequ-Klemanı məğlub edib.

Finalda Türkiyə təmsilçisi Merve Azakla qarşılaşan idmançımız bu görüşdən də qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Könül Əliyevanın böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right