"Mançester Siti"nin futbolçusu "Fənərbaxça" ilə danışıq aparır

"Mançester Siti" və Xorvatiya millisinin üzvü Mateo Kovaçiç Türkiyəyə yollanmağa hazırlaşır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “Fənərbaxça” ilə danışıq aparır.

Xorvat yarımmüdafiəçi İstanbul klubundan sərfəli təklif alıb. Kovaçiç özü də Türkiyəyə yollanmağı götür-qoy edir. Onun “şəhərlilər”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Kovaçiç “Dinamo”(Zaqreb), “İnter”, “Real”(Madrid), “Çelsi” klublarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right