Levandovski: "Titul qazanmaq istəyirdim deyə, "Arsenal"da oynamadım"

"Barselona" və “Bavariya”nın keçmiş hücumçusu Robert Levandovski karyerası ərzində "Arsenal"da niyə oynamadığı sualına yumoristik şəkildə cavab verib.

Newsport.az “De Marke Sports”a istinadən xəbər verir ki, polyak forvard titullar qazanmaq istədiyi üçün London klubunun təklifindən imtina etdiyini bildirib. 

- Niyə “Arsenal”da oynamadın?
- Titul qazanmaq istəyirdim deyə, orada oynamadım(gülür)!

- “Arsenal” çempionluğu yeni qazanıb!
- Bu qədər gözləməli olmazdınız.

38 yaşlı futbolçu karyerası ərzində 10 Almaniya və 3 İspaniya çempionluğu qazanıb. Levandovski "Bavariya ilə Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klublararası dünya çempionluğuna da sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right