"Napoli"nin yarımmüdafiəçisi 2 ay oynamayacaq

"Napoli"nin yarımmüdafiəçisi Stanislav Lobotka qarşıdakı matçlarda komandasına kömək edə bilməyəcək.

Newsport.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Slovakiyalı futbolçu A Seriyasında "Monza"ya qarşı keçirilən son oyunda (4:1) zədələnib və 17-ci dəqiqədə əvəzlənib. Tibbi müayinə nəticəsində onda topuq zədəsi aşkarlanıb. 31 yaşlı dayaq yarımmüdafiəçisinin bu zədə səbəbindən təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Napoli" Stanislav Lobotkanı 2020-ci ilin yanvarında "Selta"dan 24 milyon avroya transfer edib. Slovakiya millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində 12 oyuna çıxıb və 1 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right