“Milan” futbolçusu Kristian Pulişiç ilə müqaviləni uzadıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qırmızı-qaralar” amerikalı hücumçu ilə anlaşmanın müddətini 2031-ci ilin yayına kimi artırıb.
Pulişiç 2023-cü ildən “Milan”ın formasını geyinir. O, bu mövsüm A Seriyasında 5 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
“Milan” çempionatda 8 turdan sonra 18 xalla 4-cü sıradadır. Komanda lider “İnter”dən 4 xal geri qalır.