Venger: “Hər kəs Bakıda keçirilən dünya çempionatına aşiq oldu”

“Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub”.

Newsport.az xəbər verir ki, bunu FİFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib.

Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:

“Hər kəs bu turnirə aşiq oldu və hamı onun dərhal yenidən keçirilməsini istəyir. Meydandakı oyunçu sayının azaldılması fərqləri aradan qaldırmağa kömək edir. Eyni zamanda hər bir matçın intensivliyi və futbolçuların əzmkarlığı çox yüksək səviyyədə idi”.

Venger yarışın texniki səviyyəsini də yüksək qiymətləndirib:

“Bu format 11-in 11-ə oyunlarda tələb olunan səbri aradan qaldırır, çünki topu qazanan kimi dərhal təhlükəli hücum yaratmaq mümkündür. Bütün bunlar azarkeşlərin diqqətini cəlb edir və oyundan zövq almalarını təmin edir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right