“Monako”nun hücumçusu Paris Brunner karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub “Bayern”dir. Münhen təmsilçisi almaniyalı hücumçunu Harri Keynin uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir. “Bayern” Brunnerin transferində əsas namizəd hesab olunur.
PSJ, “Arsenal” və “Barselona” da hücumçunun xidmətində maraqlıdır.
Brunner 2024-cü ilin avqustundan “Monako”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027/28 mövsümünün sonuna qədərdir. “Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.