Azərbaycanlı şahmatçıdan növbəti qələbə

Azərbaycan qrossmeysteri Məhəmməd Muradlı Qazaxıstanın Almatı şəhərində təşkil olunan “KazChess Masters” beynəlxalq turnirində ardıcıl ikinci qələbəsini qazanıb.

Newsport.az xəbər verir ki, yarışın 6-cı turunda ağ fiqurlarla oynayan təmsilçimiz meydan sahibi Sauat Nurqaliyevi 1:0 hesabı ilə məğlub edib.

Yarışa zəif başlayan, lakin 5-ci turda Alua Nurmanı, ardından Nurqaliyevi üstələyən Muradlı xallarının sayını 3-ə çatdırıb. Altı turdan sonra turnir cədvəlinə 4 xalla Daniil Dubov, Denis Lazavik və Şəmsəddin Vahidov liderlik edir.

Məhəmməd Muradlı noyabrın 1-də keçiriləcək 7-ci turda Ermənistan şahmatçısı Aram Akopyanla qara fiqurlarla qarşılaşacaq.

10 şahmatçının mübarizə apardığı yarış noyabrın 3-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right