"Milan"ın əfsanəvi futbolçusu Kaka Rafael Leaonun gedişindən sonra "rossonyerlər"də gedişatın yaxşılığa doğru dəyişdiyini bildirib.
Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, braziliyalının fikrincə, Ruben Amorimin komandası Leaonun ayrılığından sonra komanda bir oyunçudan asılılığını dayandırıb və indi əsl kollektivə çevrilib:
"Bu, tədricən yavaş-yavaş baş verəcək prosesdir. Bu komanda yeddi il idi ki, Leonun "Milan"ı idi, O, əla oyunçudur. İndi hər şey fərqlidir. Komanda yeni simalardan və iki ustadan ibarət qrupdur: Modriç hələ də beyindir, Rabiot isə hələ də yüksək səviyyəsini qoruyur. Ramos isə xalis qol vurandır. Hər şeyin bir araya gəlməsi üçün vaxt lazım olacaq. Əsas məsələ həmişə Avropa Liqası da daxil olmaqla, mümkün olan ən yüksək mövqe üçün çalışmaqdır".
Leao avqust ayında "San Siro"dan ayrılaraq, yeddi mövsümdən sonra 38 milyon avroya "Qalatasaray"a keçib.