“Everton”un yarımmüdafiəçisi Cek Qrilişin komandanın heyətindən kənarda qalmasının səbəbi bəlli olub.
Newsport.az xəbər verir ki, İngiltərənin “The Sun” nəşri futbolçunun intizamsız davranışı ilə bağlı yeni təfərrüatları açıqlayıb.
Məlumata görə, 31 yaşlı futbolçu oktyabrın 19-da Londonda karaoke məkanında gecə saatlarına qədər əylənib. Ertəsi gün isə dostları ilə birlikdə pabda vaxt keçirərək spirtli içki qəbul edib.
Nəşrin iddiasına əsasən, Qriliş bundan sonra klubun icazəsi olmadan məşqdə iştirak etməyib. Bu isə “Everton” rəhbərliyinin və baş məşqçi Devid Moyesin narazılığına səbəb olub.
Nəticədə ingiltərəli futbolçu İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl”la qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. “Everton” həmin görüşdə 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Qriliş ötən yay “Mançester Siti”dən icarə əsasında “Everton”a keçib. O, bu mövsüm də Liverpul təmsilçisinin formasını icarə əsasında geyinir.