“Alaves”lə oyunu izləmək zövq verirdi” Flik

“Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 11-ci turunda “Alaves”i 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra komandasının çıxışını dəyərləndirib. 

Kataloniya klubu ilk hissədə rəqib qapısından dörd top keçirib. Rafinya Dias və Lamin Yamal dubl edib, Fermin Lopes və Entoni Qordon isə hərəyə bir dəfə fərqlənib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra fikirlərini bölüşən Flik qələbədən məmnunluğunu belə ifadə edib:

“Çox məmnunam. İlk hissədə üstünlük tam bizdə idi. “Alaves” yaxşı müdafiə olunurdu və sıx mövqe tuturdu, lakin biz yenə də boşluqlar tapa bildik. Oyunu izləmək zövq verirdi”.

“Barselona” noyabrın 3-də, Çempionlar Liqasında “Aston Villa” ilə qarşılaşacaq. Kataloniya klubu həmçinin, bu turnir çərçivəsində 25 noyabrda Bakıda “Sabah”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right