"İnter Mayami" MLS-in müntəzəm mövsümündə Şərq Konfransının II pilləsi uğrunda "Nyu-İnqlend Revolyuşn" ilə mübarizə aparır və bu gecə səfərdə həmin komanda ilə oynayacaq.
Newsport.az xəbər verir ki, Lionel Messi "Sinsinnati" ilə qarşılaşmada (2:2) aldığı və onun üçün daxili çempionatdakı beşinci olan sarı vərəqəyə görə bu görüşü buraxmalı idi. Adi şəraitdə Messini bir matçlıq diskvalifikasiya gözləyirdi.
Lakin MLS-in reqlamentində oyunçulara uzun müddət ərzində xəbərdarlıq almadıqları təqdirdə, aldıqları sarı vərəqələrin sayını azaltmağa imkan verən bənd var. Beləliklə, bu az tanınan qayda sayəsində Messi mövsümün həlledici mərhələsində diskvalifikasiyadan yayına bilib.
Qeyd edək ki, "Nyu-İnqlend Revolyuşn" - "İnter Mayami" matçı noyabrın 2-də, Bakı vaxtı ilə saat 04:00-da baş tutacaq.