"Ştutqart"ın müdafiəçisi Finn Yelç "Barselona"dan sonra daha bir böyük klubun transfer siyahısına düşüb.
Newsport.az xəbər verir ki, "Liverpul" almaniyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.
Mersisayd klubu Yelçi Vircil van Deykin əvəzləyicisi kimi düşünür. "Liverpul" yanvarda 20 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Ştutqart" Finn Yelçi 2025-ci ilin fevralında "Nürnberq"dən 9,5 milyon avroya transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində bütün turnirlərdə 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.