Yuri Vernidub: "Şamaxıda oynamaq çətindir"

"Neftçi" Misli Premyer Liqasının X turunun oyununda səfərdə "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Fikrimcə, pis oyun olmadı. Həm hücumda, həm müdafiədə yaxşı oynadıq. Bilirdik ki, "Şamaxı" heç də asan rəqib deyil. 3 xal qazanmaq üçün çox çalışmalı olduğumuzu anlayırdıq. İlk 5-7 dəqiqə ərzində "Şamaxı" yaxşı hücumlar qurdu, qol vəziyyətləri yaratdı. Ondan sonra biz toparlandıq və standart vəziyyətdən qol vurduq. Buna baxmayaraq, rəqib hesabı bərabərləşdirdi. Fasiləyə bərabərliklə yollandıq. Uşaqlara dedik ki, təzyiqi və intensivliyi artırmaq lazımdır. Heç bir halda xal itirə bilməzdik. İkinci hissədəki oyunumuzdan xoşum gəldi. Rəqibin çox fürsətləri olmadı. Amma hesabı bərabərləşdirə bildilər. Biz dəyişikliklər etdik və bu işə yaradı. Adeleke Akinyemi 3-cü qolu vurdu. Şamaxıda oynamaq çətindir. Bura orta dağlıq ərazidir. Uşaqlar deyirdilər ki, sanki oksigen çatmır. Bu, normal haldır. Əsas odur ki, qalib gəldik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Onların qarşılarında baş əyirik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right