“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?

“Bavariya”nın futbolçusu Maykl Olise zədə səbəbindən Çempionlar Liqasında “Atletiko” ilə keçiriləcək oyunda iştirak etməyə bilər.

Newsport.az xəbər verir ki, bu barədə Fransanın “L'Équipe” nəşri məlumat yayıb.

24 yaşlı vinger Bundesliqanın 9-cu turunda Dortmund “Borussiya”sı ilə matçda (2:2) sağ dizindən zədə alıb. O, bazar günü Münhen klubunun məşq bazasında müalicəsini davam etdirib.

Futbolçunun bərpa müddəti hələlik məlum deyil. Olise bu gün tibbi müayinədən keçəcək. Müayinənin nəticələrinə əsasən, onun komanda ilə birlikdə Madridə yollanıb-yollanmayacağı müəyyənləşəcək.

Qeyd edək ki, Olise cari mövsüm Bundesliqada keçirdiyi 8 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə 2 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right