Almaniya Kubokunun 2026/27 mövsümündə 1/8 final mərhələsinin püşkü atılıb.
Newsport.az xəbər verir ki, bununla da 1/8 finalın bütün cütləri bəlli olub.
Püşkün nəticəsinə əsasən, “Bavariya” “Herta”, “Bayer” “Leyptsiq”, Dortmund “Borussiya”sı isə “Ayntraxt”la qarşılaşacaq.
Digər cütlər belədir:
“Ayntraxt” – “Borussiya” (Dortmund)
“Ştutqart” – “Dinamo” (Drezden)
“Bayer” – “Leyptsiq”
“Bavariya” – “Herta”
“Borussiya” (Münhenqladbax) – “Darmştadt”
“Kayzerslautern” – “Frayburq”
“Holştayn” – “Köln”
“Boxum” – “Auqsburq”
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları dekabrın 1-2-də keçiriləcək.