Ouen narazıdır

2001-ci ildə “Qızıl top” mükafatını qazanan İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen hesab edir ki, onun bu uğuru lazımi səviyyədə qiymətləndirilmir.

Ouen İngiltərədə mükafatına xüsusi əhəmiyyət verilmədiyini bildirib: “Düşünürəm ki, “Qızıl top” qazandığım üçün başqalarının əldə edəcəyi qədər böyük tanınma görmürəm. İngiltərədə bu uğura heç vaxt xüsusi əhəmiyyət verilməyib. İspaniyada isə məni bu qələbəyə görə qəhrəman adlandırırdılar”.

O, 2001-ci ildə qazandığı mükafatla qürur duyduğunu və nəticələr cədvəlini hələ də telefonunda saxladığını qeyd edib: “Bu mükafatla sonsuz dərəcədə fəxr edirəm. İkinci, üçüncü, dördüncü və digər yerləri tutan futbolçuların göstərildiyi nəticələr cədvəlinin şəklini hələ də telefonumda saxlayıram. Bu siyahıya baxanda insanın nəfəsi kəsilir”.

Sabiq futbolçu uşaqlıq arzusunun sadəcə futbolçu olmaq deyil, dünyanın ən yaxşısı olmaq olduğunu bildirib. Onun sözlərinə görə, bu nailiyyətin əhəmiyyətini indi daha yaxşı anlayır: “İndi bu qələbə mənə futbol oynadığım vaxtdan daha çox sevinc gətirir. 22 yaşın var və bu, sadəcə qazanmalı olduğun növbəti kubokdur. İndi isə həmin uğurun əsl dəyərini daha yaxşı anlayıram”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right