“Sabah”ın “Vikinq”lə oyununu niderlandlı hakim idarə edəcək

Norveçdə yerli “Vikinq” və “Sabah” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Newsport.az xəbər verir ki, Liqa mərhələsinin 4-cü turunun matçı Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanın baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qroot kömək göstərəcək. Dördüncü hakim funksiyasını Joey Kooij yerinə yetirəcək.

Xatırladaq ki, “Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right