Azər Bağırov: "Bütün təzyiqlərə sinə gərməliyik"

"Şamaxı" Misli Premyer Liqasının X turunun oyununda doğma meydanda "Neftçi"yə 2:3 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, bölgə təmsilçisinin baş məqşçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Maraqlı oyun alındı. Uşaqlar üçün çox böyük təcrübə oldu. Qarşılaşma gözlədiyimiz kimi "Neftçi"nin təzyiqi ilə başladı. Amma futbolçularım bunu aradan qaldırdılar. İlk yarıda bir neçə yüz faizlik qol epizodumuz oldu. Əfsular olsun ki, fürsətləri dəyərləndirib hesabda önə keçə bilmədik. Daha güclü və hazırlıqlı olmalıyıq. Meydançada hər şey olacaq. Bütün təzyiqlərə sinə gərməliyik. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right