Mahir penalti qazandırdı və qol ötürməsi etdi

Polşa çempionatında 13-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” öz meydanında “Poqon”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

“Rakuv” - “Poqon” - 3:1
Qollar: 
Çurlinov, 5 (0:1), Makuç, 47 (1:1), Rakovitan, 73 (2:1), Pienko, 90+7 (3:1)

Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və 71-ci dəqiqədə, hesab 1:1 olarkən Olivier Kviatkovski ilə əvəzlənib. Millimizin hücumçusu 40-cı dəqiqədə komandasına penalti qazandırıb, amma "Rakuv" bundan istifadə edə bilməyib. Buna baxmayaraq, Emreli komandasının ilk qolunda, Patrik Makuç fərqlənərkən məhsuldar ötürmə müəllifi olub. 

Qeyd edək ki, mövsümdə üçüncü qələbəsini qazanan “Rakov” xallarını sayını 9-a çatdırıb və sonuncu pillədən qurtulub. Komanda hazırda turnir cədvəlində 17-cidir. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right