Yusif Qəhrəmanlıdan Avropa birinciliyində gümüş medal

Azərbaycan idmançısı Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa ölkələri üzrə şotokan karate birinciliyində gümüş medal qazanıb.

Newsport.az xəbər verir ki, o, 15 yaşadək idmançıların mübarizəsində 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right