Dortmund “Borussiya”sının rəhbərliyi komandanın hücumçusu Seru Qirassi ilə yeni müqavilə üzrə danışıqlara başlamağı planlaşdırır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı forvardın çıxışından və komandaya təsirindən razıdır. Tərəflər arasında münasibətlərin də yaxşı olduğu bildirilir. Dortmund təmsilçisi Qirassini gələcək planlarının vacib bir hissəsi hesab edir.
Qvineyalı futbolçu 2024-cü ilin yayından “Borussiya”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun sonuna qədərdir.
Qirassi cari mövsümdə Bundesliqada 8 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. O, UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda Azərbaycan çempionu “Sabah”la matçda (2:1) dublla yadda qalıb.