UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Vikinq” (Norveç) – “Sabah” matçına bütün biletlər satılıb.
Newsport.az xəbər verir ki, bu barədə Norveç mətbuatı məlumat yayıb.
Stavanger şəhərindəki “Lyse Arena”da keçiriləcək qarşılaşmada tribunaların tam dolacağı gözlənilir. Arenanın 16-17 min arası tamaşaçı tutumu var. Klub matçdan əvvəl xüsusi açılış şousunun təşkil olunacağını da açıqlayıb.
Oyun noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.