Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində

Kriştiano Ronaldonun oğlu Kriştiano Ronaldo Junior Portuqaliyanın U-17 yığma komandasına ilk dəfə dəvət alıb.

Newsport.az xəbər verir ki, baş məşqçi Filipe Ramos hücumçunu noyabr ayında keçiriləcək Avropa Çempionatının seçmə mərhələ oyunlarına hazırlaşan 23 nəfərlik heyətə daxil edib.

Kriştiano Ronaldonun oğlu hazırda "Əl-Nəsr" klubunun akademiyasında çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 7 oyunda 3 qol vurub. 15 yaşlı futbolçu daha əvvəl Portuqaliyanın U-15 və U-16 yığmalarında da forma geyinib. Gənc oyunçu ümumilikdə 13 matçda iştirak edib və 5 qola imza atıb.

Komandanın oyun cədvəli belədir:

11 noyabr. Portuqaliya U-17 – Andorra U-17

14 noyabr. Portuqaliya U-17 – Bolqarıstan U-17

17 noyabr. Portuqaliya U-17 – Serbiya U-17.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right